AZ

İki Avropa ölkəsinin arasında yeni dövlət quruldu: 400 vətəndaşı var

İngiltərədən olan 20 yaşlı Daniel Cekson hər kəsi təəccübləndirən addım atıb. O, uşaqlıq arzusunu reallaşdıraraq öz dövlətini yaradıb.

Publika.az xəbər verir ki, “Verdis Azad Respublikası” adlanan bu dövlətin bayrağı, konstitusiyası, vətəndaşları və hətta pul vahidi var.

Xorvatiya və Serbiya arasında yerləşən və rəsmi olaraq heç bir ölkəyə aid olmayan kiçik torpaq sahəsində qurulan Verdis dövləti 2019-cu ildə təsis edilib. Bu ideya Ceksonun 14 yaşında dostları ilə əyləncədən başlasa da, illər sonra reallığa çevrilib.

Özünü prezident elan edən Cekson qanunlar yazıb və dövlət atributlarını yaradıb. Hazırda Verdisin 400-ə yaxın qeydiyyatlı vətəndaşı var. Rəsmi dillər ingilis, xorvat və serb dili, valyutası isə avrodur. Ancaq bu “ölkəyə” yalnız qayıqla, Xorvatiyanın Osiyek şəhərindən çatmaq mümkündür.

Lakin Ceksonun fəaliyyəti birmənalı qarşılanmayıb. Xorvatiya polisi onu və bir neçə nəfəri Verdisdə düşərgə qurarkən saxlayaraq ölkədən deportasiya edib. Hazırda Belqradda “sürgündə” yaşayan Cekson Verdisi oradan idarə edir.

Seçilən
35
publika.az

1Mənbələr