AZ

"Qarabağ" hücumçu transfer edir

Portuqaliyanın "Akademika Vizeu" klubunun futbolçusu Andre Klovis "Qarabağ"a keçməyə çox yaxındır.

HİT.az Sport24.az-a istinadən xəbər verir ki, forvard avrokuboklarda pley-off mərhələsinin oyunlarınadək Azərbaycan çempionunun düşərgəsində olmalıdır.

Onun yaxın zamanda Bakıya gələrək tibbi müayinədən keçəcəyi gözlənilir.

Qeyd edək ki, braziliyalı oyunçunun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klovis karyerası ərzində "İnternasional", "Leykşoeş", "Eştoril" klublarında oynayıb.

Seçilən
9
5
hit.az

6Mənbələr