AZ

Bu rayonda dəbdəbəli ehsan verilməsi ləğv edilib

Bərdədə yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Bərdənin axundu Hacı Ramazan Hüseynov bildirib.

Onun sözlərinə görə, artıq Bərdə rayonunda yas mərasimlərində sadəcə çay süfrəsi təşkil olunur.

"Çay süfrəsində çay, limon, xurma verilir. Bu gün şəhid qardaşının mərasimi oldu və ehsan verilmədi", - axund əlavə edib.

Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Xəbər 23 dəfə oxunub.
Seçilən
10
30
xezernews.az

10Mənbələr