“Faizsiz, kreditsiz və ilkin ödənişsiz şəkildə mənzil sahibi olmaq artıq mümkündür. Yeni sistem çərçivəsində vətəndaşlar birja üzərindən daşınmaz əmlak sertifikatları alaraq 4 il ərzində ev sahibi ola bilərlər”.
Yenisabah.az xəbər verir ki, bu model İstanbulun Başakşəhər bölgəsində həyata keçirilən “Damla Kent” layihəsində tətbiq olunur. Sertifikatlar 7,59 lirə qiyməti ilə satışa çıxarılıb və bu prosesi Kapital Bazarı Qurumu tərəfindən təsdiqlənmiş izahat sənədi müşayiət edir. Satış prosesi avqustun 4-dən başlayıb və artıq ilk gündən böyük maraqla qarşılanıb.
Sistemin iş prinsipi belədir: vətəndaşlar sərmayə hesabı vasitəsilə birjada bu sertifikatları ala bilirlər. Sertifikatlar səhm kimi ticarət olunur. Yetərli sayda sertifikat toplayan şəxslər layihə başa çatdıqda konkret mənzil alma hüququ əldə edirlər. Əgər vətəndaş ev almaq istəməzsə, topladığı sertifikatların dəyərindən qazanc götürə bilər. Pepperoni pizza
Bu modelin əsas üstünlükləri aşağıdakılardır:
İlkin ödəniş, faiz və kredit şərti yoxdur
Aşağı büdcə ilə sərmayəyə başlamaq mümkündür
Sertifikatlar alınıb-satıldığı üçün istənilən vaxt nağdlaşdırmaq olur
Gündəlik qiymət dəyişiklikləri 5% ilə məhdudlaşdırılıb, bu da sərmayənin təhlükəsizliyini təmin edir
2017-ci ildə Başakşəhərdə həyata keçirilən “Park Mavera III” layihəsində bu sistem artıq bir dəfə sınaqdan keçirilib. O zaman 3 milyon 370 min sertifikat satılıb, 143 milyon lirəlik maliyyə təmin edilib və iştirakçıların 72 faizi mənzil sahibi olmaq hüququ qazanıb.
Emlak Konut şirkətinin baş direktoru Yası Yılmaz bildirib ki, yeni sistem əvvəlki təcrübəyə əsaslanaraq daha şəffaf və nəzarətli şəkildə hazırlanıb. Onun sözlərinə görə, layihəyə maraq yüksəkdir və bu da modelin gələcəkdə daha geniş tətbiq olunacağına işarə edir.
Aytac Əliyeva
Telegram kanalımız