Geosiyasi manipulyasiya xarakterli məlumatlar Azərbaycan dilində “Facebook”da paylaşıldıqdan sonra istifadəçilərdən “Telegra.ph” kimi platformalara keçid etməkləri istənilir ki, bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər:
"Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, bu cür informasiya əməliyyatlarına qarşı müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə daim lazımi tədbirlər görülür. Eyni zamanda, qeyd etməliyik ki, “Meta” şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunmuşdur.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, bu cür məlumatlara inanmamağa çağırır, ölkəmizə qarşı istifadə edilən hibrid təhdid metodları və alətləri ilə bağlı müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır".