Vətəninfo.az xəbər verir ki, İranda Əbu Xalid və Hesam ləqəbləri ilə tanınan və İŞİD qruplaşmasına üzv olmaqda ittiham edilən Mehdi Əsğərzadə bu gün səhər saatlarında dar ağacından asılıb.
Məlumata görə, Suriya və İraqda təlim keçmiş Əsğərzadə və onun rəhbərlik etdiyi qruplaşma İraqdan İrana keçərkən saxlanılıb. Onunla birlikdə olan qrup üzvlərinin çoxu silahlı atışma zamanı öldürülüb.
Onun hansı tarixdə həbs olunduğu açıqlanmasa da, İranın müqəddəs məkanlarında partlayışlar törətməyi planlaşdırdığı vurğulanıb.