AZ

25 yaşlı futbolçu öldü

“Zarya” klubunun yarımmüdafiəçisi Vladimir Belotserkovets bu gün vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Luqansk klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçunun ölüm səbəbi hələlik açıqlanmayıb. O, “Zarya”dan əvvəl Belotserkovets “İnqulets” və Zaporojye “Metallurq”unda çıxış edib.

Qeyd edək ki, bu, gənc yaşda dünyasını dəyişən ilk “Zarya” futbolçusu deyil. 2013-cü il sentyabrın 14-də xəstəlik səbəbindən 25 yaşlı yarımmüdafiəçi Maksim Belıy vəfat edib. 2015-ci il martın 8-də isə avtomobil qəzasında aldığı xəsarətlər nəticəsində hücumçu Pavel Xudzik dünyasını dəyişib.

Seçilən
102
publika.az

1Mənbələr