AZ

“Omoniya”nın Bakı gündəliyi - Gecə saatı, lüks məkan, əlavə 25 nəfər

Konfrans Liqasındakı təmsilçimiz “Araz-Naxçıvan” III təsnifat mərhələsində Kipr komandası ilə qarşılşaacaq.

“Aris” səddini keçən “qırmızıa-ağlar”ın rəqibi “Omoniya”dır.

İlk oyun Bakıda baş tutacaq ki, Nikosiya komandasının səfər planı məlumdur.

“Omoniya” Bakıya avqustun 5-dən 6-na keçən gecə saatlarında çarter reysli təyyarə ilə təşrif buyurub və birbaşa məskunlaşacağı “Bulvar Marriott” otelinə yollanıb.

Avqustun 6-sı, yəni matçdan bir gün əvvəl saat 19:20-də oyunun keçiriləcəyi “Liv Bona Dea Arena”nın konfrans zalında Henninq Berq jurnalistlərin suallarını cavablandıracaq.

Bundan 40 dəqiqə sonra isə qonaq komandanın ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq məşqi baş tutacaq.

“Omoniya”nı dəstəkləmək üçün Bakıya 20-yə yaxın kiprli azarkeşin gəlməsi nəzərdə tutulub. Həmçinin, oyunu işıqlandırmaq üçün Kiprdən ölkəmizə beş həmkarımız təşrif buyuracaq.

Komandalar arasında ilk oyun avqustun 7-də “Liv Bona Dea Arena”da gerçəkləşəcək və saat 20:00-da başlayacaq.

Cavab matçı avqustun 14-də səfərdə keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
7
sportinfo.az

1Mənbələr