AZ

Şabranda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı RƏSMİ VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza avqustun 5-də saat 13:45 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Şabran rayonu Aygüllü kəndinin 137-ci kilometrliyində qeydə alınıb: “Belə ki, Quba rayonu İqriq kənd sakini 15 noyabr 1985-ci il təvəllüdlü Abdullayev Elvin Mübariz oğlunun idarə etdiyi 67-CA-127 dövlət nömrə nişanlı “DAF” markalı yük maşını, Ağsu şəhər sakini 13 mart 1992-ci il təvəllüdlü Bayramov Azər Abbas oğlunun idarə etdiyi 77-EC-962 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşınıyla toqquşub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “Ford”un sürücüsü - Azər Bayramov bədən xəsarətləri alıb”.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr