AZ

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ VİDEO

Bakı, 6 avqust, AZƏRTAC

Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur. Bayden administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr, hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın qlobal siyasi proseslərdə prinsipial mövqe nümayiş etdirən diplomatik xəttinin davamıdır. Bu səfər, həmçinin ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqidir. Vaşinqtonda aparılacaq müzakirələrin nəticələri yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə təsir göstərə bilər.

Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.

Seçilən
36
1
azertag.az

2Mənbələr