Tanınmış şair Aqşin Yenisey iqtisadçı Fərhad Pərvizinin qadınları hədəfə alaraq səsləndirdiyi fikirlərinə görə işdən çıxmasını özünəməxsus şəkildə şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə şair sosial şəbəkə hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Qadınları hədəf aldığına görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA – QALMAQAL
Fərhad Pərvizini azərbaycanlı “Şopenhauer” adlandıran şair məsələni tragikomik vəziyyət kimi dəyərləndirib:
“Azərbaycanlı “Şopenhauer”in qadınlar haqqındakı fikirlərinə görə, guya, işdən çıxarılması əvvəlcə gülməli, sonra ağlamalı müjdədir. Ağlamalıdır ona görə ki, bu cür dedi-qoduların yayılması, xoşuna gəlməyən söz və fikrə görə hər kəsi cəzalandırmaq üçün kütləyə cəsarət verəcək. Linç legitimləşəcək və cəmiyyətin daha dərin narrativlərinə hücum edəcək.
Bizim “Şopenhauer”in məsələsi ona görə gülməlidir ki, onu qadınlar haqqında fikirlərinə görə işdən çıxarırıqsa, Seymur Baycana hansı cəzanı verəcəyik?
Ya gərək minimum gözlərinə mil çəkək, ya da gərək sağ ayağını dizdən bir qarış aşağı, sol qolunu dirsəkdən bir qarış yuxarı kəsib buraxaq”.
Xatırladaq ki, qalmaqallı yazıçı Seymur Baycan daim qadınlara, xüsusən də şərq qadınlarına qarşı tənqidedici fikirləri ilə tanınıb.
Şəfiqə Şəfa, Bizim.Media