Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev yüngül çəkidən yarımyüngül çəkiyə keçmək fikrindən vaz keçdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, Bakıda keçirilən UFC turnirində İqnasiyo Bahamondes üzərində inamlı qələbə qazandıqdan sonra karyerasını yüngül çəki divizionunda davam etdirmək qərarına gəlib:
“İndi daha çox çəki yığmışam, əzələlərim bərpa olunub. Yaxşı hazırlıq keçəndən sonra əzələlərim böyüyür. Bu vəziyyətdə yarımyüngül çəkiyə keçə bilmərəm. Ona görə də yüngül çəki mənim üçün yaxşı seçimdir.
Hazırda düşünmürəm ki, Den Huker mənimlə döyüşmək istəsin. Amma Dariuş yenidən qələbə yoluna qayıdıb.
Karyeram boyu sadəcə bir, maksimum iki döyüşçü olub ki, mənə “hə” deyib. Birincisi Rafael dos Anxos, ikincisi isə Castin Qetci. Onlara zəng etdim, hər ikisi də dedi: ‘Bəli, gəlin bu döyüşü edək’.