AZ

Hindistanın Baş naziri Çinə səfər edəcək

Hindistanın Baş naziri Narendra Modi avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfər edəcək. 

Missiya.Az xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb. 

Bildirilib ki, bu, 2020-ci ildə Çin və Hindistan arasındakı toqquşmadan sonra pozulmuş iki xalq arasında əlaqələrin normallaşdırılması istiqamətində daha bir addımın işarəsidir. 

Qeyd edək ki, Baş nazir Modinin Çinə son səfəri 2019-cu ildə olub. Lakin o, 2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Çin Prezidenti Si Cinpinlə görüşüb.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr