AZ

Putin Vitkoff görüşü 3 saata yaxın davam edib

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff arasında Kremldə keçirilən görüş başa çatıb.

XəzərNews.az TASS-a istinadən xəbər verir ki, danışıqlar 3 saata yaxın davam edib. ABŞ prezidentinin xüsusi nümayəndəsini aparan kortej artıq Kremli tərk edib.

Görüşdə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov da iştirak etdiyi bildirilirdi.

Vitkoff avqustun 6-da səhər saatlarında Moskvaya gəlib. Onu Vnukovo hava limanında Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb, bundan sonra onlar birlikdə Zaryadye parkını gəzib, restorana baş çəkiblər.

Xəbər 11 dəfə oxunub.
Seçilən
30
xezernews.az

1Mənbələr