AZ

İran prezidenti Əli Əkbər Əhmədianı yeni vəzifəyə təyin edib

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian Əli Əkbər Əhmədianı prezidentinxüsusi nümayəndəsi və İranın Milli və Strateji Layihələrin İnkişafıQərargahının rəhbəri təyin edib.

Bu barədə Trendİran Prezidentinin informasiya portalına istinadən məlumatverib.

Məlumata görə, Əli Əkbər Əhmədian xarici ölkələrdə yaşayaniranlılar, yerli və xarici investorların İranda iştirakı qarşısındaduran maneələrin aradan qaldırılması və ölkənin inkişafıistiqamətində mümkün ictimai imkanlardan istifadə edə biləcək.

Qeyd edək ki, 5 avqustda İran prezidenti Əli Əkbər Əhmədianıİranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azadedib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinəİranın Ali Liderinin müşaviri Əli Laricani təyin olunub.

Məqalədə:
Seçilən
17
1
az.trend.az

2Mənbələr