AZ

Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Vitkoff arasında görüş başa çatdı – Kreml

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Vitkoff arasında keçirilən görüş başa çatıb.

KONKRET.az xəbər verir ki, danışıqlar təxminən üç saat davam edib.

Görüşdən sonra ABŞ nümayəndə heyətinin korteji artıq Kremlin ərazisini tərk edib.

Görüşün detalları hələlik açıqlanmayıb. Danışıqların əsas mövzularının beynəlxalq təhlükəsizlik, regional münaqişələr və ikitərəfli münasibətlər olduğu ehtimal edilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
23
konkret.az

1Mənbələr