ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müqavilənin əsas podratçısı Böyük Britaniyada yerləşən “BAE Systems” şirkəti olacaq
ABŞ Dövlət Departamenti Ukraynaya M777 haubitsa avadanlığının və təmir xidmətlərinin satışını 104 milyon dollar dəyərində təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi (DSCA) məlumat yayıb.
"Ukrayna hökuməti M777 haubitsalarının istismarı üçün avadanlığın, təmir xidmətlərinin və uzunmüddətli dəstəyin alınmasını xahiş edib. Yardıma bunlar daxildir: texniki yardım, təlim, nəşrlər və digər əlaqəli logistika və proqram təminatı elementləri", - məlumatda qeyd edilib.
Bildirilib ki, müqavilənin əsas podratçısı Böyük Britaniyada yerləşən “BAE Systems” şirkəti olacaq.
Kiyevə həmçinin yükdaşıma xidmətləri paketi və bunun üçün bütün lazımi avadanlıq veriləcək. ABŞ tərəfindən verilən dəstəyin dəyəri 99,5 milyon dollar qiymətləndirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.