AZ

Natali Aleksanyan: “Sülh üçün “Qarabağ klanı”nın üzvləri Bakıya təhvil verilməlidir” – EKSKLÜZİV

“Sülh üçün Ermənistandakı “Qarabağ klanı”nın üzvləri Bakıya təhvil verilməlidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist Natali Aleksanyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan ABŞ-a GEDİR - VİDEO


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında avqustun 8-də Vaşinqtonda baş tutması gözlənilən görüşü şərh edən Aleksanyan, Trampın iştirakı ilə keçiriləcək danışıqların tarixi əhəmiyyət kəsb etdiyini deyib. 

Rusiyanın iştirakı olmadan sülh prosesinə toxunan erməni jurnalist, bunu Cənubi Qafqaz üçün xüsusi əhəmiyyətinə diqqət çəkib.

“Rusiyanın bu prosesdə iştirak etməməsi həlledicidir. Bu o deməkdir ki, regionda sülhün moderatoru artıq Moskva deyil. Bu, sülh prosesini sürətləndirə bilər, lakin bu, həm də tərəflərdən daha böyük müstəqillik və məsuliyyət götürməyi tələb edir. Ancaq yadda saxlamaq lazımdır ki, Rusiya qaçılmaz olaraq prosesə mənfi müdaxilə etməyə çalışacaq”.

Aleksanyan hesab edir ki, Vaşinqton görüşü həm də sülhün əsas təməlini təşkil edə bilər:

“Bir sözlə, biz həqiqətən tarixi fürsətin astanasındayıq. Bu danışıqlar konkret və həyata keçirilə bilən nəticələr verərsə, bizim sülhə yaxınlaşmaq ehtimalımız yüksəkdir. Lakin hər şey imzalanmış sazişin faktiki icrasından və siyasi iradədən asılı olacaq”.

Tehran Orucoğlu, Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr