AZ

Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara ödənilmiş ƏDV-nin həcmi açıqlanıb

Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin həcmi məlum olub.

Day.Az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ölkədə sözügedən sahələr üzrə ödənilmiş ƏDV-nin 17,7 milyon manatı vətəndaşlara qaytarılıb.

"Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilir. 2025-cü ilin yanvar - iyul aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 17 milyon 693,3 min manatdan çox təşkil edib", - məlumatda qeyd edilib.

Seçilən
41
6
day.az

8Mənbələr