Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
“Ukrayna böhranı”həlli prosesi kritik həddə çatıb”.
Bunu Çinin Xarici İşlər Nazirliyi departament rəhbəri Vanq Yi ilə Braziliya Prezidentinin xüsusi müşaviri Selso Amorim arasında keçirilən görüşdən sonrakı bəyanatında vurğulayıb.
Qeyd olunur ki, Vanq Yi və Amorim Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı “fikir mübadiləsi aparıblar”. Nazir bildirib ki, Çin və Braziliyanın birgə təklif etdiyi “Altı bəndli Konsensus” “böhranın soyudulmasında” müsbət rol oynayıb və bu təşəbbüsü dəstəkləyən “Sülh Dostları” qrupu, o cümlədən Qlobal Cənub ölkələri obyektiv və rasional rəylər bildirib, dialoq və danışıqların təşviqi üçün müsbət səylər göstəriblər.
Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Rusiya və Ukrayna danışıqlara başlamaqla irəliyə doğru mühüm addım atıb. Böhranın həlli prosesi kritik nöqtəyə çatıb".
“AzPolitika”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.