“Liverpul”un yarımmüdafiəçisi Florian Virts birlikdə oynadığı ən yaxşı futbolçunu seçib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bunu deyib:
“Mənim indiyə qədər oynadığım ən yaxşı futbolçu? Toni Kroos”.
Kroos 2024-cü ilin yayında futbolçu karyerasını sonlandırıb. Onun son klubu “Real” olub.
Virts bu ilin iyulunda “Bayer”dən “Liverpul”a keçib. 22 yaşlı futbolçu Kroosla birgə Almaniya millisində çıxış edib.