AZ

Əliyev Paşinyan görüşü, Moskva və Tehranın pozuculuq işi... ŞƏRH

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

"ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş son dərəcə məxfi şəraitdə hazırlanıb".

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bu barədə ilk məlumat yalnız iki gün əvvəl Vaşinqtondakı dairələr tərəfindən sızdırılıb:

"Hiss olunurdu ki, işin içində olan Bakı və İrəvan bununla bağlı xəbərin vaxtından əvvəl yayımlanmasında maraqlı olmayıb. Səbəbi bəllidir. Rusiya və İran kimi qonşuları olan Cənubi Qafqaz ölkələrinin Vaşinqtonla isti münasibətləri Moskva və Tehranda qıcıq oyadır və hər ikisinin pozuculuq fəaliyyəti bəllidir”.

E.Şahinoğlu qeyd edib ki, Bakı və İrəvan Vaşinqtonda görüşün keçirilməsinə və Ağ Ev sahibinin iştirakı ilə sülh sazişinin paraflanması imkanına etiraz etməyiblər:

“Çünki Vaşinqtonun siyasəti ilə bağlı müəyyən suallar olsa da, Rusiya və İranın regional siyasəti ilə bağlı sualların sayı daha çoxdur. Kreml və Tehran Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə hələ reaksiya verməyiblər, yəqin görüşün nəticəsini və ABŞ paytaxtında nəyin imzalanacağını gözləyirlər. Bütün hallarda Moskva və Tehranın Vaşinqtonun regional təşəbbüslərinin qarşısını alması çətinləşib. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürmək təklifinə razılaşsa, Moskva və Tehran bunun qarşısını yalnız Ermənistanda çevriliş etməklə ala bilər".

Lalə,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
13
www.bakupost.az

10Mənbələr