“Yenə də jurnalistikaya qəbul imtahanı ilə bağlı ajiotaj yaşanır.. Təkrar söyləməyə ehtiyac var: bəzi qızğın tərəfdarları olmasına baxmayaraq, bu qabiliyyət imtahanları faydasız, mənasız və gərəksiz bir prosedurdur…”
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə professor Qulu Məhərrəmli çıxış edib.
Q.Məhərrəmli bildirib ki, jurnalistika ədəbi yaradıcılıq və xüsusi qabiliyyət (musiqi, rəssamlıq, aktyorluq və s.) tələb edən sahə deyil:
“Burada yaxşı kadr hazırlamaq üçün jurnalistika tədrisini daha da yaxşılaşdırmaq kifayətdir. Hazırda bu yamaq imtahan DİM üçün əlavə qayğı, abituriyentlər və onların valideynləri üçün vaxt itkisi və yersiz həyəcandır. Ona görə də tezliklə ləğv olunmalıdır ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin”.
Xəbər 5 dəfə oxunub.