ain.az, Avtosfer saytına istinadən bildirir.
Yango Azərbaycan şirkəti ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsi məqsədilə yeni təyinat həyata keçirib. Jurnalist Rüstəm Əzimov şirkətin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsinə təyin olunub.
Rüstəm Əzimov bu barədə özünün Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşım edərək məlumat verib.
Jurnalistikanın müxtəlif sahələrində 15 ildən artıq təcrübəyə malik olan Rüstəm Əzimov 2008–2025-ci illər ərzində 1news.az media portalında çalışıb. Bununla yanaşı, 2019–2020-ci illərdə Report.az informasiya agentliyində redaktor vəzifəsini icra edib. Media sahəsindəki fəaliyyətindən əlavə, o, “Şahdağ” futbol klubunun mətbuat katibi, 2018–2022-ci illərdə isə “Mini Futbol Liqası” layihəsində menecer kimi çalışıb.
Bundan başqa, Rüstəm Əzimov “Futbol üçün Dostluq” adlı beynəlxalq sosial layihədə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Layihənin məqsədi müxtəlif ölkələrdən olan uşaqları bir araya gətirərək idman vasitəsilə dostluğu və qarşılıqlı anlaşmanı təşviq etməkdən ibarət olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.