AZ

Yolun ortasında sərnişin düşürən sürücü arxadan gələnlərə təhlükə yaratdı VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda dayanma-durma qaydasını pozan sürücü digər avtomobillərə təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 2-də, paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, 77-LF-172 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü ikinci zolaqda dayanaraq sərnişin düşürüb. Onun gözlənilməz hərəkəti arxadan gələn avtomobillərə təhlükəli vəziyyət yaradıb. Görüntünü qeydə alan sürücü bildirir ki, arxadan gələn sürücülərdən biri ara məsafəsini düzgün seçmədiyi üçün onunla toqquşma riski yaranıb.

Həmin zaman dayanma-durma qaydasını pozan sürücüyə irad bildirərkən, o, "görmürsən qəza işıqlarını qoşmuşam" deyərək özünə haqq qazandırmağa çalışıb.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr