ABŞ prezidenti Donald Tramp Ağ Evin damına çıxıb.
Publika.az xəbər verir ki, mətbuat nümayəndələri aşağıda Trampı gözləyərkən, o, “Sadəcə bir az gəzirəm” deyib.
Tramp bir müddət yuxarıdan Ağ Evin bağçasına nəzər salıb. Məlum olub ki, bu yoxlama Ağ Evdə tikilməsi planlaşdırılan ziyafətlər üçün balo zalı layihəsinə görədir.