AZ

Ukraynada Azərbaycandan qaz qəbul edən stansiya dronlarla vuruldu

Ukraynada

Rusiya onlarla dronla Ukraynanın Rumıniya ilə sərhədində yerləşən qaznəqliyyat infrastrukturuna hücum edib.Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.Qeyd olunur ki, həmin stansiya vasitəsilə Azərbaycandan və ABŞ-dan Ukraynaya qaz nəql olunurdu.Hücum edilən bu kompressor stansiyası, Yunanıstanın LNG (maye təbii qaz) terminallarını Transbalkançı qaz kəməri vasitəsilə Ukraynanın yeraltı qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi olub. Bu kəmərlə artıq ABŞ-dan LNG və Azərbaycanın test həcmlərində qazı nəql olunmuşdu.Energetika Nazirliyinin bəyanatında bildirilir:"Bu hücum Rusiyanın sırf mülki infrastruktur obyektlərinə, məqsədyönlü şəkildə energetikaya və eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə qarşı yönəlmiş addımıdır. Hədəf yalnız Ukraynalıların deyil, bütün avropalıların normal həyatıdır."Ulusum.az

Diqqət Çəkənlər

Qəbələdə meşədə köməksiz qalan şəxs xilas edildi - VİDEO

Cəbrayılda yanğına səbəb olmaqda ittiham edilən 8 nəfər saxlanılıb

Demensiya riski artır – gündəlik qidalar təhlükə mənbəyidir

Seçilən
14
ulusum.az

1Mənbələr