Bu sözləri Demokrat.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, cəmiyyətin bütün təbəqələri – tanınmış şəxslər, jurnalistlər, sosial media istifadəçiləri, blogerlər, dövlət orqanları ilə birgə bu hallara qarşı sərt mövqe sərgiləməli, mənəvi dayaq olmalıdır:
"Mentalitetimizdə uşaqlara isti münasibət, öpmək, qucaqlamaq normal sayılsa da, bəzi hallarda bu davranışlar pedofiliya əlaməti kimi qəbul edilə bilər.
Araşdırmalar göstərir ki, pedofiliya çox zaman yaxın çevrədə, qohumlar, tanışlar, ögey valideynlər tərəfindən törədilir. Pedofiliya yalnız fiziki təcavüz deyil, həm də psixoloji və intim hisslərin uşağa yönəlməsidir. Bu səbəbdən cəmiyyət tərəfindən güclü ictimai qınaq və sərt cinayət məsuliyyəti olmalıdır".
O deyib ki, məsələnin kökündə tez yetkinləşməyə səbəb olan qidalar, həyat tərzi, internetdə pornoya asan çıxış, uşaqlara yönəlik erotik məzmunun yayılması dayanır:
"Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, media və internet platformaları birlikdə belə hallara operativ reaksiya göstərməlidirlər.
Bəzən qurban olan uşaqlar, xüsusən qızlar, zorakılığa məruz qaldıqdan sonra cəmiyyət tərəfindən təcrid edilir, ailələri onlardan imtina edir. Halbuki, ictimaiyyətin mövqeyi pedofilin deyil, məhz qurbanın yanında olmalıdır.
Bu istiqamətdə marifləndirmə kampaniyaları, ictimai müzakirələr, sərt qanuni dəyişikliklər və pedofiliya meyilli şəxslərin cəmiyyətdən təcrid edilməsi vacibdir ki, belə cinayətlərin qarşısı alınsın".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
demokrat.azOnların saxlanılması hamıya dərs olmalıdır AÇIQLAMA ( 20459616)
-
demokrat.az"Onların saxlanılması hamıya dərs olmalıdır" — AÇIQLAMA ( 20459586)
-
qaynarinfo.azDeputat: Təhsil haqqı məsələsinə dövlətin ciddi nəzarəti olmalıdır ( 20405409)
-
redaktor.az“Bu hadisədən dərs çıxarmaq Rusiyanın borcudur” Deputat ( 20384679)
-
redaktor.azKörpələr gecə niyə yuxusuz qalırlar? Pediatrdan AÇIQLAMA ( 20362788)
-
avtosfer.az"20 Yanvar"da yolu zəbt edən "manatlıq avtobuslar"la bağlı tədbir görüldü - VİDEO ( 20351772)
-
demokrat.az5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır — AÇIQLAMA ( 20314050)
-
yenisabah.azİlahiyyatçı hacı olmanın 2 şərtini açıqladı: “İmkanı yaxşı olmalıdır” ( 20268561)
-
demokrat.az"Yaşlı insanların bu havada küçə təmizliyinə cəlb olunması yolverilməzdir" — Deputat ( 20153946)
-
demokrat.azSaxta sənədlə pensiya alanlar vəsaiti geri ödəyəcəklər — AÇIQLAMA ( 20116137)