AZ

Qəzza aclıqdan ölür

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsraildə sorğuda iştirak edən yəhudilərin yarıdan çoxu Qəzzadakı aclıq və humanitar faciənin onları qətiyyən narahat etmədiyini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail Demokratiya İnstitutu son ümummilli ictimai rəy sorğusunun nəticələrini paylaşıb. Buna əsasən, respondentlərin 78 faizi yəhudilərin əksəriyyəti qadın və uşaq olmaqla 61 mindən çox fələstinlinin öldürülməsinə baxmayaraq, “İsrail ordusu Qəzzada fələstinli mülki insanlara zərər verməmək üçün səy göstərdiyini” iddia edib.

İştirakçılardan həmçinin İsrailin tətbiq etdiyi aclıq səbəbindən Qəzzada yaşanan aclıq və faciələrlə bağlı fikirləri də soruşulub. Bu suala respondentlərin 55 faizindən çoxu “bu vəziyyət onları qətiyyən narahat etmir” cavabını verib.

Keçən ay İsraildə keçirilən digər rəy sorğusunda respondentlərin yarıdan çoxu “Qəzzada aclıq olmadığını” iddia edib.

İsrailin hücumları və humanitar yardımın ölkəyə girişini məhdudlaşdıran sıx blokada altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena ləvazimatlarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.

Qəzza zolağında xüsusilə uşaqlar arasında aclıqdan ölüm halları artır. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bu yana Qəzzada 96-sı uşaq olmaqla 193 fələstinli aclıqdan ölüb.

Yerli və beynəlxalq dairələr İsrailin “aclıq və susuzluqdan silah olaraq” istifadə etdiyini bildirir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr