AZ

Zelenski Rusiya ərazisində əməliyyatlara razılıq verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukla görüşüb.

Aktual.az xəbər verir ki, bu barədə Vladimir Zelenski özünün sosial şəbəkə hesablarında bildirib.

Zelenski Rusiya ərazisində yeni əməliyyatlar keçirilməsinə razılıq verdiyini vurğulayıb:

"Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinin hərbi komponenti, xüsusi əməliyyatları və uzaq məsafəli hərəkətləri haqqında məruzə etdi. Dəqiqliyə görə təşəkkür edirəm. Biz təfərrüatı açıqlamırıq, amma düşmən bizim hərəkətlərimizin nəticələrini hiss edir”.

Seçilən
17
2
ulusum.az

4Mənbələr