ABŞ Dövlət Departamenti 104 milyon dollar dəyərindəki M777 haubitsalarının Ukraynaya satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə M777 haubitsaları və müvafiq avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı Böyük Britaniyanın “BAE Systems” şirkəti olacaq.