Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Oval ofisdən bəyanatla çıxış edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Vaşinqton administrasiyası rəhbərinin mətbuat xidmətinin dərc etdiyi iş cədvəlində deyilir.
“Saat 16:30-da (Bakı vaxtı ilə 7 avqust saat 00:30) Prezident Oval ofisdən bəyanatla çıxış edəcək”, - sənəddə qeyd olunur.
Dövlət başçısının planlaşdırılan bəyanatının mövzusu açıqlanmayıb.
Amerika mətbuatının yazdığına görə, söhbət Vaşinqtonun xarici məhsullara tətbiq edəcəyi əlavə gömrük rüsumlarından gedə bilər.
Belə ki, avqustun 4-də Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb ki, Rusiya neftinin idxalı və yenidən satışı üçün Hindistana rüsumları əhəmiyyətli dərəcədə artıracaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.