Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
Humanitar yardım daşıyan yük maşını insanların üzərinə aşıb
Qəzza zolağında humanitar yardım daşıyan yük maşını insanların üzərinə aşıb. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” anklavın hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
“Çərşənbə axşamı gecəsi Qəzzada ərzaq daşıyan yük maşınının aşması nəticəsində humanitar yardım almağa çalışan 20 nəfər ölüb, onlarla insan yaralanıb”, - deyə qeyd edilib.
Anklav səlahiyyətliləri hesab edir ki, İsrail ordusu yük maşınını bombardman nəticəsində zədələnmiş təhlükəli yollara qəsdən yönəldib, nəticədə qəza olub.
İsrail tərəfi hələlik insidentlə bağlı açıqlama verməyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.