AZ

DİM ödənişli şəkildə bu universitetlərin reklamını aparacaq – SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) ödənişli şəkildə bir sıra ali təhsil müəssisələrinin reklamını aparacaq.

NOCOMMENT.az bildirir ki, belə ki, ali məktəblərin reklamları DİM-in “Abituriyent” və “Magistr” jurnalları vasitəsilə həyata keçiriləcək.

DİM-in “Abituriyent” Jurnalı Redaksiyası reklam məlumatlarının dərc edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin Akademiyası ilə 5000 manatlıq, Azərbaycan Turizm və Menecment Universiteti ilə 5500 manatlıq, Naxçıvan Dövlət Universiteti ilə 3500 manatlıq, Bakı Mühəndislik Universiteti ilə 3500 manatlıq, Azərbaycan Texniki Universitetin ilə 5500 manatlıq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə 4000 manatlıq və Azərbaycan Dövlət İqtisad Universiteti ilə 5000 manatlıq müqavilələr bağlayıb.

©iqtisadiyyat.az

Seçilən
4
nocomment.az

1Mənbələr