AZ

Ceyhan limanı vasitəsilə İraq neftinin ixracı bərpa olunur

BAKI, TurkicWorld, Nailə Babazadə

İraqın neft naziri Hayyan Əbdülqəni Ceyhan limanı vasitəsilə neft ixracının bu gün və ya sabah başlayacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, İraqın rəsmi agentliyi olan İNA-nın verdiyi xəbərə görə, Kərkükə səfər edən neft naziri Əbdülqani Türkiyə üzərindən neft ixracının bərpası ilə bağlı açıqlamalar verib.

"Ceyhan Limanı vasitəsilə neft ixracı bu gün və ya sabah başlayacaq. KRG ilə razılaşmadan sonra birinci mərhələdə gündəlik 80 min barel neft ixrac edəcəyik" - deyə Əbdülqəni qeyd edib.

Qeyd edək ki, Parisdə yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinin Türkiyə ilə İraq arasında neft ixracı ilə bağlı verdiyi qərardan sonra İraqdan Ceyhan limanına neft axını 25 mart 2023-cü il tarixində dayandırılıb.

Seçilən
17
turkic.world

1Mənbələr