AZ

Oliqarx Plahotnyuk həbsdən Moldovada hakimiyyətin devrilməsinə çağırdı

Moldovalı oliqarx, Demokratik Partiyanın sabiq lideri Vladimir Plahotnyuk Yunanıstanda İnterpolun orderi əsasında saxlanıldıqdan sonra tərəfdarlarına müraciət edərək, ölkədəki mövcud hakimiyyətin devrilməsi üçün birləşməyə çağırıb.

Bu barədə Plahotnyuk sosial şəbəkədəki səhifəsində paylaşım edib. O, keçmiş hökumət və parlament üzvlərinə, dövlət qulluqçularına, merlərə, məsləhətçilərə və digər tərəfdarlarına səslənərək bunları bildirib:

“Gəlin birləşək və bu bacarıqsız hakimiyyəti tarix zibilliyinə göndərəcək güclü, qətiyyətli, peşəkar bir cəbhə quraq.”

Xatırladaq ki, Vladimir Plahotnyuk uzun müddətdir beynəlxalq axtarışda idi. Onun Moldovada bir sıra maliyyə cinayətlərində ittiham olunduğu bildirilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr