AZ

Onlayn bileti alanlara Qarabağa səfər üçün icazə avtomatik verilir

Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bu funksionallığın təmin edilməsi qurum və DİN-in idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub. Pepperoni pizza

“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.


Telegram kanalımız
Seçilən
39
35
yenisabah.az

10Mənbələr