"İdman TV" növbəti mövsümdə İngiltərə Premyer Liqasını yayımlayacaq.
Offsideplus.az xəbər verir ki, kanal ötənilkindən fərqli olaraq bu dəfə yayım hüququnu daha yaxşı şərtlərlə əldə edib. Bu barədə məlumatı kanalın rəhbəri Zaur Zeynal verib.
"İdman TV" bu mövsüm bütün Premyer Liqa oyunlarının yayım hüququna malikdir.
Onu da əlavə edək ki, İspaniya La Liqası da yeni sezondan etibarən "İdman TV"də yayımlanacaq.