AZ

Rusiya və Çin sualtı qayıqların xilasına dair birgə təlimlər keçirdi

Rusiya və Çin birgə şəkildə sualtı qayıqların xilas olunması üzrə hərbi-dəniz təlimləri keçiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərin əsas məqsədi fövqəladə vəziyyətə düşmüş sualtı qayıq ekipajlarının xilas olunması üzrə əməliyyatların praktiki icrasını məşq etmək olub. Təlimlər zamanı ekipajların suyun altından təhlükəsiz çıxarılması, texniki yardım göstərilməsi və iki ölkənin dəniz qüvvələri arasında koordinasiyanın gücləndirilməsi sınaqdan keçirilib.

Rusiya və Çin donanmaları arasında keçirilən bu təlimlər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fəaliyyət imkanlarının artırılması baxımından əhəmiyyətli hesab olunur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər planlaşdırıldığı kimi uğurla başa çatıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr