AZ

Tesla Türkiyə bazarında qiymət strategiyasını yenilədi

BAKI, TurkicWorld, Nailə Babazadə

Tesla Türkiyə, Model Y avtomobilləri üçün yenilənmiş qiymətləri və satış tarixlərini açıqlayıb.

TurkicWorld xəbər verir ki, şirkətdən verilən rəsmi məlumata əsasən, 6 və 7 avqust tarixlərində saat 19:30-da yenilənmiş Model Y envanter siyahıları ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Tesla-nın onlayn sifariş sistemi də aktivləşdiriləcək.

Yeni sifariş prosesi ilə alıcılar yenilənmiş Xüsusi İstehlak Vergisi (ÖTV faizləri fonunda təyin olunmuş qiymətlərlə Model Y modellərini əldə edə biləcəklər.

Yaxın vaxtlarda Türkiyədə qüvvəyə minən Xüsusi İstehlak Vergisi (ÖTV) dəyişikliyi, Tesla-nın qiymət siyasətinə ciddi təsir göstərmişdi. Bu səbəbdən şirkət Model Y stoklarını müvəqqəti olaraq satışdan çıxarmışdı. Yeni qiymətlərin müəyyənləşməsindən sonra, rəsmi satış prosesi yenidən bərpa olunub.

Model Y Üçün Yenilənmiş Qiymətlər (TL ilə):

Model Y Standard Range (RWD): 2.241.000 TL

Model Y Long Range (RWD): 3.225.240 TL

Model Y Long Range (AWD): 3.998.400 TL

Qeyd edək ki, bu qiymətlər standart təchizat paketi üçün keçərlidir. Avtomobilin rəngi, jant dizaynı və digər opsional avadanlıqlar seçimindən asılı olaraq son qiymətlər dəyişə bilər.

Seçilən
17
turkic.world

1Mənbələr