AZ

Sadıqov: “Qarabağ”dan gözləntilərimiz həmişə böyükdür”

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Şkendiya”nı (Şimali Makedoniya) məğlub edib – 1:0.

Azərbaycan yığmasının sabiq məşqçisi Vaqif Sadıqov “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Qarabağ”dan gözləntilərimiz həmişə böyükdür. “Şkendiya” ilə oyunda da qələbə qazanacaqlarına inanırdıq. Bunu yaxşı oyunla etdilər və düşünürəm ki, Bakıda da müsbət nəticə ilə hər kəsi sevindirəcəklər”.

“Qarabağ” bu mərhələni adlayacağı halda, “Ferentsvaroş” – “Ludoqorets” cütünün qalibi ilə qarşılaşacaq. Sadıqov “atlılar”ın pley-offdakı şanslarına da toxundu. O, “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə əldə edəcəyinə inandığını bildirdi:

“Pley-offdakı potensial rəqiblərin hər ikisi ilə qarşılaşıb, onları məğlub etmişik. Münasib komandalardır və Çempionlar Liqasının pley-off off mərhələsinə düşmək olar. Bununçün ilk növbədə Şkendiya səddi aşılmalıdır bə Bakıda da qələbə qazanaraq bunu bacaracaqlarına inanıram.

Bilirsiz, yeni qurulmuş komanda var. İndi hansısa pis nəticə haqda düşünməyə ehtiyac yoxdur. “Qarabağ”da bir sistem var və qarşıdakı rəqiblər də bizə uyğundur. Əksini düşünmürəm və Qarabağın Çempionlar Liqasının pley-offuna düşəcəyinə inanıram”.

Mütəxəssis Konfrans Liqasında “Sabah”ın “Levski” və “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlardakı şanslarından da söz açdı:

“Sabah” və “Araz-Naxçıvan”ın rəqibləri güclüdür, amma indifən nəyisə demək olmaz. Çünki komandalarımızın da səviyyələri artıb və göstərirlər ki, belə komandalara qarşı oynamaq mümkündür. Əvvəlki matçlarda qazanılan nəticələr komandalarımıza inam gətirib. Favorit kağız üzərində rəqiblərdir, amma hər iki təmsilçimizin yaxşı nəticə qazanmaq potensialındavolduğuna əminəm”.

Şahin Cəfərov

Seçilən
12
1
futbolpress.az

2Mənbələr