Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları təsdiq edilib.
Operativ Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, qaydalar elektron xidmətlərin göstərilməsində iştirak edən digər qurumlara da həmin xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətlərinə münasibətdə şamil ediləcək.
Elektron xidmətin təşkili Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron xidmətlərin təşkilinin texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyi nəzərə alınmaqla həyata keçiriləcək.
Həmçinin elektron xidmət üzrə ödənişin həyata keçirilməsi imkanı xidmət göstərilməsinin gedişatı zamanı real vaxt rejimində və elektron formada (ödəniş xidməti təchizatçıları vasitəsilə) təminatçı tərəfindən təmin ediləcək.
Bundan başqa, qərara əsasən, istifadəçinin və təminatçının hüquqları və vəzifələri müəyyənləşib.