Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, İranın yeraltı sərvətləri 27,5 trilyon dollardır. Bu göstəriciyə görə dünyada beşinci yeri tutur.
News365.az “Ayooq.ir”-ə istinadən xəbər verir ki, İranın təbii sərvətlər və mineral ehtiyatlar nazirinin müavini Daruş İsmaili məlumat verib. Onun sözlərinə görə İranın 27,5 trilyon dollar yeraltı sərvətləri var.
O qeyd edib ki, İran Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Kanadadan sonra dünyada beşinci yerdədir və 1 trilyon 400 milyard dollarlıq mineral ehtiyatlara malikdir:
"Bunun ən azı 5 faizini mineral xammal təşkil edir. Ümumi investisiya qoyuluşu 29 milyard dollar olan yataqların kəşfiyyatı üçün lisenziyalar verilib. Bu o deməkdir ki, ehtiyatların cəmi 2 faizi kəşf edilib".
Nazir müavini vurğulayıb ki, aşkar şəkildə geoloji kəşfiyyata ehtiyac var. Onun sözlərinə görə, dağ-mədən və faydalı qazıntıların emalı sektorundan 10 trilyon dollara yaxın vəsait almaq imkanı var.
News365.az