AZ

Aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artıb

2025-ci il avqustun 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 823,9 min, aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artaraq 55,8 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,3 faiz artaraq 226,8 min olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı 140,7 min təşkil edib.

Seçilən
5
13
yeniazerbaycan.com

10Mənbələr