AZ

Səkkiz  simvollu  Poetik  esse  nümunəsi

Bu  gün  cox  az  rast  gəldiyimiz  ancaq  daha  dolğun  və  konkret  fikir formalaşdırmağa  qadir  olan  Poetik  esse ədəbiyyatın  bir  növü,  həm  estetik, həm  də  düşüncənin  ifadə  olunduğu  bir  yazı  forması  olaraq  hər  zaman maraqla oxunur.  Əslində  bu  esse  növü,  daha  çox  şəxsi  düşüncələr,  duyğular və  təəssüratların  ifadə  edildiyi,  bəzən  bədii üslubla  yazılmış  məqalələr  toplusuna  da  aid  edilir.  Poetik  esse  yazan  şəxs,  adətən,  mətnin  strukturu  və  ifadə forması  üzərində  xüsusi  bir  diqqət  yetirməklə  dilin  zənginliyindən  eləcə  də  təsvirlərin  qüvvəsindən  daha  ustalıqla istifadə  etməyə  müvəffəq  ola  bilir. Elə  bu  gün  söhbət  acacağım  gənc  yazar  Vaqif  Əmiraslanın  qələmə  aldığı Molla Pənah  Vaqifə  ünvanlanan  “Cənnətin  sahiblərinə”  poetik  essesində olduğu  kimi. 

Poetik  essenin  xüsusiyyətləri  haqqında  danışarkən  duyğusal  və  estetik ifadə  vasitələrinin  zənginliyi  əsas  şərt  olaraq təqdim  edilməklə  müəllifin  fikir aydınlığının  daha  çox  duyğu  və  estetik  təəssüratları  çatdırmağa  əslində  isə onu  daha duyğusal  formada  təqdim  etməyə  istiqamətləndirmiş  olur.  Məhz haqqında  danışaçağım  poetik  essenin  müəllifi  isə  təqdimatında  bu   kimi  amilləri   əsas   şərt   olaraq   ifadə  etməyi   bacarır.

O,  yazır:  “Salam  olsun,  qəlbləri  fəth  edən  şairə,

                              Müdrik,  dahi,  ulu  Molla  Pənah  Vaqifə!

                              Ey  səkkiz  hecalı  misraları  sevən  şairim,

                              Ey  səkkiz  onillik  ömür  sürən  şairim!

                              Sənə  ünvanlanan  məktubda  şeirə  dönür,

                              Nəsrli  cümlələr  dildən  nəzmlə  tökülür.

                              Şair  düzdür  ki, Cənnətin  səkkiz  qapısı  vardır?

                              Bəlkə  ona  görə  Şuşa  ölkəmizin  cənnəti  sayılır".

Qeyd  etmək  lazımdır  ki,  bu  esse  türündə  yazıçı oxucusunu  yalnız  məlumatlandırmağa  deyil,  həm  də  onunla  daha  maraqlı  formada  dil  və  üslub  baxımından  dolğun  bir  şəkildə  emosional  bağ  qurmağa çalışır. Qeyd  etmək  lazımdır  ki,  şəxsi  düşüncələr  cox  zaman  poetik  essedə müəllifin  şəxsi  təcrübə  və  dünyagörüşünə  əsaslanır.  Yazar  burada  öz dünyasını,  fikirlərini  və  hisslərini  təqdim  etməyə  çalışır.  Məhz  bu  baxımdan  Vaqif  Əmiraslan  bir  daha  diqqəti  cəlb  etməklə  bu  kimi  amilləri  xüsusi  olaraq  nəzərə  almaqla  daha  dolğun  şəkildə  təqdim  etməyə  müvəffəq  ola  bilir.

Vaqif  Əmiraslan

Həmçinin  qeyd  etmək  lazımdır  ki, Şuşa  şəhərinin  “səkkiz”  rəqəmi  ilə bağlılığı  barədə  danışarkən,  bu  rəqəmin  Şuşa tarixində, mədəniyyətində  və rəmzi  mənasında  müxtəlif  maraqlı  təzahürləri  müşahidə  olunur.  Bu  əlaqə  həm  simvolik, həm  də  konkret  tarixi  faktlara  əsaslanır.  Bu  kimi  amillər poetik  essedə  müəllif  təxəyyül  və  düşüncəsinin  maraqlı ştrixləri  ilə  oxucusuna  böyük  ustalıqla  təqdim  edilə  bilir.  

Belə ki;  "Sanki  bu  şəhərin  bir  sehri,  dərin  bir  mənası  var,

                                Şuşamızın  səkkiz  rəqəmi  ilə  bir  əlaqəsi  var.

                                Bundan  söz  açacağam  sənə  bu  məktubda,

                                Oxu,  cənnətin  sahibi  şəhidlərimiz  dinləsin  orda.

 

                                Sənə  layiq  üslubda,  məqbul  bir  tonda,

                                Sonsuz körpülər salacağam, zəfər tarixindən bəhs edən yolda.”

 

Burada  xüsusi  olaraq  bədii  dil  və  üslub  formasına  nəzər  yetirdikdə qeyd etmək lazımdır ki,  “Cənnətin sahiblərinə” poetik  essesində  adətən,  sadə  dilə  deyil, bədii  ifadələrə,  metaforalara, simvollara  eləcə  də  digər  poetik  vasitələrə  müraciət  edilmə  forması  da  maraqla  oxunur.  Bu  kimi  oxucunu  dinlətmə  gücü  həm  də   yazının  daha  incə və  zərif  olmasına  böyük  həssalıqla  yanaşılması  səbəb  ola  bilir.

Səkkiz  rəqəmi  çox  mədəniyyətlərdə  rəmzi  mənalar  daşıyır.  Sonsuzluq işarəsi  (∞) — səkkiz  rəqəminin  çevrilmiş  formada  sonsuzluq  mənasını  özündə ehtiva  edir.  Bu  mənada, Şuşanın  əbədi  mədəniyyət  mərkəzi,  ölməz  şəhər obrazı  ilə  səsləşir. Həmçinin  təkrarlanma  və  güc  səkkiz   rəqəmi  vasitəsilə  güc, sabitlik  və  davamlılıq  anlamını  daşıyır.  Bu  mənada  “Şuşa  və  səkkiz” əlaqəsi — Şuşanın  tarixdə  və  gələcəkdə  daimi  yaşayacağı, sarsılmaz  qala olacağı  mesajını  da  verir.  Bütün  bu  sadalananlar  isə  “Cənnətin  sahiblərinə” poetik  essesində  daha  dolğun  formada  ifadə  vasitəsinə  çevrilməklə  oxucusuna maraqla  təqdim  edilə  bilir.

Bədii  elementlər  poetik  esse  müəllifinin  yazı  üslubunda  daha  çox  musiqi   kimi  ritm,  ahəng  və  təsvirlərin  gücü  olaraq  dolğun  bir  formada  önəm  daşıyır. Xüsusi  olaraq  yazı  həm  təsvir  etməli,  həm  də  oxucunun  ruhuna   daha  çox  təsir  etməyi  bacarmalıdır. Bu  baxımdan  müəllifin  yazı üslubunda   bu   kimi   amillərə   diqqət   yetirməklə  daha  maraqla  oxunmasına şərait  yaratmışdır.  Onun  fəlsəfi  aspektlərində  bəzən  poetik  ifadə  formaları həm  də  fəlsəfi  düşüncənin  bir  parçasının  dərinliklərini  daşıya  bilir.  Bununla da  yazar, həyatın  mənası,  mövcudluq,  sevgi,  zaman  və  s.  kimi  geniş mövzulara  toxunaraq,  oxucuya  yeni  bir  baxış  açısı  təqdim  etməyə  müvəffəq olur.

Bu  məqamda  müəllif  yazir:

 

                    “ Sən ki, Şuşanın səkkiz böyük nəslindən biri,

                       Sən ki, Şuşanın igid sərkərdəsi, böyük ədibi,

                       Danışım sənə xan qızı Natavan şeirlərindən,

                       Üzeyir Hacıbəylinin müqəddəs bəstələrindən.

 

                       Danışım, Əbdürrəhim və Firudin bəylərin qırılmaz qələmlərindən,

                       Seyidin, Xanın, Bülbülün səsindən,

                       Möminindən, ədibindən, memarından, şairindən,

                       Muğamından, aşığından, atlarının yaraşığından. ”

Poetik  essedə  xüsusi  olaraq  diqqəti  çəkən  əsas  məqamlardan  biri  isə məhz  Şuşamızda  doğulub boya-başa çatan mədəniyyət tariximizin şəxsiyyətlərinin  şəcərə  tarixçəsinin  sayında  da  maraqlı  uyğunluqların  məhz yenə  də  səkkiz  rəqəmi  ilə  bağlılığıdır.  Müəllif  poetik  essesində  bu  kimi faktlara  xüsusi  həssalıqla  yanaşmaqla  özünün  maraqlı  söz  büsatını  dilə  gətirə bilir. 

Həmçinin  qeyd  etmək  lazımdır  ki,  müəllif  Vaqif  Əmiraslan  xüsusi  olaraq  natura  haqqında  düşüncələri  böyük  ustalıqla  təqdim  etməklə  təbiətin  gözəlliyindən  ilham  alaraq,  onu  bir  metafora  kimi  istifadə  etməklə  diqqət  mərkəzində  saxlaya  bilir. Burada həmçinin insanın daxili aləmi öz daxili dünyasına,  psixologiyasına, duyğularına  dair  dərin  bir  təhlil  də  maraqlı detallarla  təqdim  edilir. Xatirələr  və  vaxt  eləcə  də  keçmişə  dair  xatirələr,  zaman  sürəti  və  ya  onun  dəyişməsi  kimi  mövzular  da  müəllif  qələminin  incə ştrixlərində  daha  dolğun  şəkildə  oxunur.

O,  yazır:              “ Cənnətindən qovulan mələklər kimi,

                                          Yarından ayrılan ürəklər kimi,

                                          Qoparmışdılar Şuşadan millətimizi,

                                          Alçaltmaq istəmişdilər, ləyaqətimizi. ”

 

Bu məqamda xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  Vaqif  Əmiraslanın  qələmə  aldığı  “Cənnətin  sahiblərinə”  poetik  essesi  həm  bədii,  həm  də  düşüncəli  bir yazı  nümunəsi  olması  baxımından  şəxsi  dünyasının  maraqlı  detalları  qədər  oxucusuna  fərqli  bir  şəkildə  təqdim  edilməsinə  imkan  verir.

Anar Ərtoğrul Burcəliyev

Teatrşünas-tənqidçi

 

 

Seçilən
5
1
hurriyyet.az

2Mənbələr