Son günlərdə kolleclərə ixtisas seçimi mərhələsi start götürüb. Bu proses təkcə gənclərin təhsil istiqamətini deyil, həm də gələcək karyera imkanlarını müəyyənləşdirir. Hazırda əmək bazarının tələbləri sürətlə dəyişir və bir sıra ixtisaslar artıq aktuallığını itirir. Bu tendensiya yalnız ali təhsil müəssisələrinə deyil, eyni zamanda kolleclərə də aiddir.
Bəs kollecləri bitirən məzunların əmək bazarına çıxış imkanları nə yerdədir? Hansı ixtisaslar daha çox tələbat görür və seçim zamanı nəyə diqqət yetirmək lazımdır?
“Yeni Sabah”a mövzunu şərh edən təhsil eksperti Elmin Nuri bildirib ki, bu məsələyə bir yox, bir neçə aspektdən yanaşmaq lazımdır: pizza sifarişi
“Kolleclərdə plan yerlərinin kəskin azaldılması bir sıra ixtisasların ümumiyyətlə sıradan çıxarılması kolleclərə qəbul olmaq istəyənlərin şanslarını azaltsa da, bu təhsil müəssisələrində keyfiyyətə xidmət etmiş olacaqdır. Bizdə kolleclər formal təhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. Onların tək uğuru və əsas missiyası son bir neçə ildə ÜOMG-ləri (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) yüksək olan subbakalavrların universitetlərə imtahansız qəbulu mexanizmindən asılıdır. Bu yenilik olmasaydı, əmin ola bilərsiniz ki, kolleclərə maraq bir o qədər də çox olmayacaqdı. Amma biz kolleci yenidən qurmaq, onun mahiyyətini dəyişmək və hər hansı bir meyara görə dəyərləndirmək istəməzdik. Kollec bu günləri öz funksionallığını artırmalıdır. Buna görə də müəyyən ixtisarlara gedilməlidir. İstər ixtisaslarda, istər kadr heyyətində bu ixtisar özünü göstərə bilər”.
Ekspert eyni ixtisasların universitet və kolleclərdə yer almasının yaratdığı problemlərə də diqqət çəkib:
“Düşünürəm ki, bu günləri biz əbəs yerə kolleclərdə plan yerlərinin azaldılmasına və bəzi ixtisasların aradan çıxarılmasına etiraz edirik. Etiraf edək ki, buna zərrə qədər də ehtiyac yoxdur. Kolleclər artıq kəmiyyət yox keyfiyyət müstəvisinə qədəm qoymalıdır. Kolleclərin iş dünyasında keçərliliyi nə qədərdir sualının cavabı çox neqativ olacaq. Yalnız tibb yönümlü kollecləri çıxmaq şərti ilə digər kolleclərin tələbələri həqiqətənmi özlərinə iş tapmaq gücündədirlər? Çünki eyni ixtisas həm universitetdə, həm də kollecdə mövcuddur. Bir iş müəssisəsi universitet tələbəsindən imtina edərək kollec məzununu seçməz. Təbii ki, kollecdə oxuyanların xətrinə dəymək istəmirəm. Onların da arasında savadlı, intellektual şəxslər, özünü əmək bazarına hazırlaşdıran gənclərimiz var. Amma reallıq da öz yerindədir. Kollecin hər hansı əvəzedicisi olmamalıdır. Kollec xüsusi bacarıqlara malik, universitetlərlə müqayisədə əmək bazarı ilə daha sıx işləyə bilən bir yer olaraq xarakterizə olunmalıdır. Bunu peşə təhsil müəssisələri bacarır. Biz onları universitetlə müqayisə etmirik və edə bilmərik. Hər dəfə danışanda peşə təhsil müəssisələrinin məzunlarının işlə təmin olunma faizlərinin çoxluğunu qeyd edirik. Elə peşə təhsil mərkəzi var ki, onun tələbələri təhsilini başa vurmamış iş tapırlar. Kolleclər də belə olmalıdır. Hazırda biz kolleclərdə plan yerlərinin azaldılmasını sorğulamaq yerinə, istehsalat meyarlarının necə gücləndirilməsinə diqqətimizi yönəltməliyik”.
Aytac Əliyeva
Telegram kanalımız