AZ

Qalmaqal: Bütün ölkə əbədi məşəldən siqaret yandıran şəxsi axtarır

Fransada böyük etiraza səbəb olan hadisə baş verib. Parisin məşhur Zəfər Tağı altında yerləşən naməlum əsgər məzarı üzərindəki məşəldən siqaret yandıran şəxs kameralara düşüb.

Publika.az xəbər verir ki, görüntülər sosial mediada ciddi narazılıq yaradıb.

Fransanın Veteranlar və Anım İşləri naziri Patrisiya Miralles məsələ ilə bağlı açıqlama verərək, hadisəni millətə və tarixə təhqir adlandırıb:

“Bu od siqaret üçün deyil, milyonlarla əsgərimizin fədakarlığı üçün yanır. Bu adam tapılacaq və nümunə üçün cəzalandırılacaq”.

Seçilən
8
publika.az

1Mənbələr