Xüsusi nümayəndənin səfəri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi "möhlət" fonunda baş tutur. Belə ki, Tramp Putinin qarşısında şərt qoyub: cümə günü möhlət başa çatdıqca o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək. Vaşinqtonun növbəti addımı Sitv Vitkofun Vladimir Putinlə aparacağı danışıqlarının nəticəsindən asılıdır.
![]() |
Vitkof Moskvadadır |
Xatırladaq ki, Stiv Vitkof Rusiyaya bu il ərzində daha əvvəl üç dəfə səfərə yollanıb. Axırıncı dəfə aprelin 11-də Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər Ukraynada müharibənin həlli istiqamətində fikir mübadiləsi aparıblar.
Firudin Həmidli
AzVision.az