AZ

Türkiyə Somalidə kosmik baza qurur


Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbərliyi ilə Somalidə qurulacaq kosmik baza üçün tender mərhələsi başlayıb.
Yeniavaz.com
“Türkiye” qəzetinə istinadla xəbər verir ki, Türkiyə və Somali hökumətləri arasında bağlanmış razılaşma çərçivəsində Hind okeanı sahilində Türkiyəyə 30x30 kilometr (900 km²) ərazi ayrılıb.
Məlumata görə, yaxın günlərdə layihə üzrə tikinti üçün tenderin başlanacağı gözlənilir.
Türkiyə Kosmik Baza Layihəsinin təxminən iki ilə tamamlanması nəzərdə tutulur.
Digər tərəfdən, bu, təkcə Türkiyədə deyil, Afrika qitəsində də ilk kosmodrom olacaq.
Obyektin ümumi investisiya dəyəri sonrakı mərhələlər də daxil olmaqla 350 milyon dollar təşkil edəcək.
Seçilən
34
yeniavaz.com

1Mənbələr