AZ

Yav Mozes “İmişli”də

Portuqaliyanın “Torrense” klubunun qanalı dayaq yarımmüdafiəçisi Yav Mozes bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Yav Mozes futbola Qananın “Çariti Stars” klubunda başlayıb. O, 2017-ci ildə Portuqaliyaya üz tutaraq “Aruka”nın formasını geyinməyə qərar verib. 2024-cü ilin yayında “Aruka”nı “Torrense”yə dəyişmiş futbolçu geridə qalmış mövsümdə cəmi 1 oyuna çıxıb.

“İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev, Ezekiel Morqan, Nikola Karaklayiç və Juninyonu da heyətinə qatmışdı.

Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı və Rəhim Osman komandanı tərk ediblər. Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo, Elmir Rəhimzadə və Lətif Rzayevlə də yeni müqavilə imzalanıb.

Seçilən
32
arena.az

1Mənbələr